Şahidlərinin məlumatına görə, Venesuela paytaxtı Karakasda ard-arda baş vermiş partlayışlardan sonra bir çox sakin evlərini tərk edərək küçələrə çıxıb.
Alçaldan uçan təyyarələr panikaya səbəb olub.
Hökumət hələlik hadisələrlə bağlı rəsmi açıqlama verməyib. Sosial mediada yayılan görüntülərdə isə şəhərin müxtəlif yerlərində baş verən partlayışlar və Miraflores Prezident Sarayı yaxınlığında hərbi zirehli maşınlar görünür.
Partlayışlar paytaxtın bir çox rayonunda elektrik kəsintilərinə səbəb olub. Məlumatlara görə, La Guaira, Miranda əyalətinə bağlı Higuerote sahil şəhərində də partlayış səsləri eşidilib. Higuerote hava limanının intensiv atəşə məruz qaldığı bildirilir.
CBS News-in məlumatına görə, "ABŞ rəhbərliyi Venesueladakı hadisələrdən xəbərdardır". Lakin Ağ Ev hələlik rəsmi açıqlama verməyib.
Kolumbiya Prezidenti Gustavo Petro sosial mediada paylaşım edərək, “Hazırda Karakas bombalanır. Venesuelaya raket hücumu həyata keçirilir. Amerika Dövlətləri Təşkilatı (OAS) və BMT dərhal toplanmalıdır”, deyə bəyan edib.
İlhamə Qasımlı
Telegram kanalımız