“Bornmut” klubu qapıçı Freyzer Forsterin transferini rəsmən açıqlayıb.
QOL.az xəbər verir ki, 37 yaşlı ingiltərəli qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb. Forster yeni komandasında 17 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, təcrübəli qapıçı 2025-ci ilin yanvarında “Tottenhem”dən ayrıldıqdan sonra klubsuz idi. Karyerası ərzində İngiltərə Premyer Liqasında 155 oyun keçirən Forster bu görüşlərdə 204 qol buraxıb.
O, daha əvvəl “Tottenhem”lə yanaşı, “Sauthempton”, “Nyukasl” və “Norviç” klublarının da formasını geyinib.