“O, hər şeyə fikir verməlidir - yeməyinə, içməyinə, yatmağına, ümumiyyətlə, bütün hərəkətlərinə“.
“Asadov Pro Bridge"in rəhbəri Emil Asadov “Sportinfo TV“yə açıqlamasında belə deyib.
FIFA lisenziyalı futbol agenti gənc futbolçulara dəyərli məsləhət verib. Tanınmış menecer bir neçə “qızıl qayda“nı dilə gətirib:
“Cavanlar özü üçün dəqiq müəyyənləşdirməlidir ki, o, həqiqətən futbolçu olmaq istəyirmi? Futbol oynamaq üçün istedad kifayət etmir.
Onun 15-16 yaşı varsa, bir məşqlə günü başa vurmamalıdır, əlavə hazırlıq keçməlidir. Vaxtında yatmalı, vaxtında oyanmalıdır.
Mən ona nəzarət edə bilmərəm. Sadəcə, öz tövsiyəmi verə bilərəm.
Deyərəm ki, fiziki hazırdığına, qidana diqqət yetir. Gənclər gündəlik rejiminə fikir verməlidir.
Sən Avropada oynamaq istəyirsənsə, məqsədin daha da irəli getməkdirsə, hərtərəfli hazır olmalısan“.