Venesuela müdafiə naziri Vladimir Padrino Lopezin evi və paytaxt Karakasdakı liman artilleriya atəşinə tutulub.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı "Sky News Arabia" yayıb.
"ABŞ Maduro rejimini devirmək üçün çalışır və müxalifətə dəstək verir", - deyə telekanala danışan mənbələr aviabazanın Karakasa endirilən zərbələrin əsas hədəfi olduğunu qeyd edib.
Ölkənin şimalında, dəniz akademiyasının yerləşdiyi Varqas əyalətindəki "La Quaira" hərbi dəniz bazasına ziyan dəyib. Venesuela Hərbi Hava Qüvvələrinə məxsus "Su-30MKV" döyüş təyyarələrini qaldırıb.
İlkin məlumatlara görə, Karakasda ən azı altı obyektə hücum edilib. Onların arasında "Fort Tiuna" və "Fransisko de Miranda" bazaları, Varqasdakı "La Guaira" hərbi dəniz bazası və Karib dənizində çoxsaylı hərbi obyektlərin yerləşdiyi Marqarita adası da var.
Şahidlər Karakasda atışma olduğunu bildirirlər. İlkin məlumata görə, ABŞ hərbçiləri paraşütlə Venesuelanın paytaxtına eniblər. Yerli mətbuatın məlumatına görə, quru döyüşləri davam edir.
Venesuelaya məxsus zirehli texnikalar Karakasdakı Miraflores prezident sarayına doğru irəliləyir. Paytaxt sakinləri təşviş içərisində şəhəri tərk edirlər.
Eyni zamanda Miranda ştatının İquerota hava limanı yaxınlığında da güclü partlayışların olduğu bildirilir.
11:06
Venesuelanın paytaxtı Karakasda silsilə partlayışlar baş verib.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
İlkin məlumatlara görə, partlayışlar hərbi obyektlərdə baş verib. Forte Tiuna və Fransisko de Miranda aviabazalarına hücum olunub.
KİV-in məlumatına görə, şəhərin cənub hissəsi işıqsız qalıb.
Zərbələrdə "RGM-109E" və "AGM-86D" qanadlı raketlərindən istifadə edilib. Yerli sakinlər sosial şəbəkələrdə Karakasın müxtəlif ərazilərində güclü partlayışlar barədə videolar yayımlayırlar.
Ölkə paytaxtının üzərində bir neçə helikopter görüntülənib.
İnsan itkisi və dağıntılar barədə məlumat yoxdur.
"Cebheinfo.az"