AZ

Venesuela XİN ölkədəki vəziyyətlə bağlı bəyanat verib

Bakı. Trend:

Venesuela Xarici İşlər Nazirliyi ölkədəki vəziyyətlə bağlıbəyanat yayıb.

Trend bu barədəVenesuela Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

“Venesuela Bolivar Respublikası ABŞ-nin hazırkı hökumətitərəfindən Venesuela ərazisinə və əhalisinə qarşı həyata keçirilənhərbi təcavüzü qətiyyətlə rədd edir, pisləyir və beynəlxalqictimaiyyətin müzakirəsinə çıxarır. Həmlələr şəhərin mülki və hərbiobyektlərinə - Respublikanın paytaxtı Karakas şəhərinə, eləcə dəMiranda, Araqua və La-Quaira ştatlarına endirilib.

Bu hərəkətlər Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin,xüsusən də dövlətlərin suverenliyinə hörmət, hüquqi bərabərlik vəzorakılığın qadağan olunması prinsiplərini təsbit edən 1 və 2-cimaddələrinin kobud şəkildə pozulmasıdır. Belə təcavüz beynəlxalqsülh və sabitlik üçün, xüsusilə Latın Amerikası və Karibhövzəsində, ciddi təhlükə yaradır və milyonlarla insanın həyatınıciddi risk altına qoyur”,- bəyanatda qeyd olunur.

Venesuela Xarici İşlər Nazirliyi hesab edir ki, bu hücumunməqsədi ölkənin strateji resurslarını, əsasən neft və faydalıqazıntıları ələ keçirmək və ölkənin siyasi müstəqilliyini zorlasarsıtmaqdır.

Məqalədə:
Seçilən
294
50
az.trend.az

10Mənbələr