AZ

İngiltərə klubu 37 yaşlı qapıçı ilə müqavilə bağladı

“Bornmut” qapıçı Freyzer Forsteri heyətinə qatdığını rəsmən açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, 37 yaşlı ingiltərəli qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanıb. O, yeni komandasında 17 nömrəli forma geyinəcək.

Qeyd edək ki, yanvarda “Tottenhem”dən ayrılan Forster son olaraq klubsuz idi.

Təcrübəli qapıçı Premyer Liqada 155 oyun keçirib və 204 qol buraxıb. O, karyerası ərzində “Sauthempton”, “Nyukasl” və “Norviç”in də şərəfini qoruyub.

Seçilən
53
idmanxeber.az

1Mənbələr