Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Ağ Ev ABŞ-nin Venesuelaya hava zərbələri endirdiyini təsdiqləyib.
Oxu.Az xəbər verir ki, məlumatı "Fox News" etibarlı mənbələrə istinadla yayıb.
"Mənbələrin sözlərinə görə, Ağ Ev Birləşmiş Ştatların hərbi əməliyyatlar çərçivəsində Venesuelaya zərbələr endirdiyini təsdiqləyib", - "Fox News"un aparıcısı Erik Şon telekanalın efirindən belə deyib.
"The New York Times" qəzeti isə Venesuelaya hava zərbələrindən əvvəl ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqodakı iqamətgahında Milli Təhlükəsizlik Şurasının iclasını keçirdiyini bildirib.
"CBS News" telekanalının Ağ Evdəki xüsusi müxbiri Cennifer Ceykobs də ABŞ rəsmilərinə istinadən xəbər verib ki, Venesuelaya zərbələrin endirilməsi barədə göstərişi şəxsən Donald Tramp verib. Jurnalistin fikrincə, sərəncam Tramp administrasiyasının Venesuela Prezidenti Nikolas Maduroya qarşı kampaniyasının bir hissəsidir.
"Prezident Tramp Venesuelanın daxilindəki hədəflərə, o cümlədən hərbi obyektlərə zərbələr endirmək əmri verib", - C.Ceykobs deyib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.