AZ

Qaz təchizatı sektorunda yeni tariflər tətbiq ediləcək

Bakı. Trend:

Prezident İlham Əliyevin təsdiqlədiyi yeni “Qaz təchizatıhaqqında” Qanun 2026-cı il 1 yanvar tarixindənqüvvəyə minib.

Trend-in məlumatına görə, Qanuna əsasən, 2028-ci iliyulun 1-dən qaz təchizatı sektorunda tənzimlənənqiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək vəonun rəsmi internet saytında dərc olunacaq.

Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər(tariflər) aşağıdakılardır:

  • qazın topdansatış tarifləri;
  • qazın nəqli tarifləri;
  • qazın saxlanması xidmətlərinin tarifləri;
  • qazın paylanması tarifləri (2027-ci il yanvarın1-dən);
  • istehlakçılara qazın pərakəndə satış tarifləri;
  • qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
  • qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
  • sabit tarif.

Qaz təchizatı sektorunda qiymətlərin (tariflərin) müəyyənolunması zamanı nəzərə alınmalı olan itkilər Qanunda nəzərdətutulan qaydalara uyğun olaraq hesablanacaq.

Belə ki, 2028-ci il iyulun 1-dən qaz təchizatısektorunda tənzimləyici sistem operatorlarının qaz itkilərininhesabat dövrü üçün normativ göstəricilərinin müəyyənləşdirilməsiqaydalarını təsdiq edəcək.

2028-ci il iyulun 1-dən qaz təchizatısubyektləri və onlarla istehlakçılar arasında qarşılıqlıhesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlıməsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.

Qaz nəqli sistem operatoru, qazpaylayıcı sistem operatoru vəqazın saxlanması sistem operatoru, habelə topdan və pərakəndə qazsatıcıları tərəfindən tənzimləyiciyə tənzimləmə haqqıödəniləcək.

Seçilən
103
2
az.trend.az

3Mənbələr