Kolumbiya və Kuba prezidentləri Venesuelada baş verən vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər.
Xezerxeber.az-ın məlumatına görə, Kolumbiya Prezidenti Qustavo Petro "X" sosial şəbəkəsindəki hesabında vəziyyəti daha da gərginləşdirə və ya mülki əhalini təhlükəyə ata biləcək hər hansı birtərəfli hərbi əməliyyatları pisləyib.
O bildirib ki, ölkəsi qonşu Venesueladakı vəziyyəti dərin narahatlıqla izləyir və bütün tərəfləri eskalasiyaya gətirib çıxara biləcək hərəkətlərdən çəkinməyə çağırıb.
Kuba Prezidenti Migel Dias-Kanel isə "X"də paylaşımında hadisəyə görə ABŞ-ni ittiham edərək Venesuelaya hücumu pisləyib və beynəlxalq ictimaiyyəti hadisəyə təcili olaraq reaksiya verməyə çağırıb.