AZ

"Sabah" "Rubin"lə danışıqlara başladı

"Sabah" klubu "Rubin"dən icarəyə götürdüyü yarımmüdafiəçisi Umarali Rahmonaliyevin transfer hüquqlarını əldə etməyə çalışır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport-exspress" yayıb.

Bakı klubu 22 yaşlı özbək oyunçunu birdəfəlik heyətinə qatmaq üçün qarşı tərəflə danışıqlar aparır.

Rahmonaliyev 2025-ci ildə "Sabah"da 36 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

Futbolçunun Kazan klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. Transfermarkt oyunçunu 800 min avro dəyərində qiymətləndirir.

Seçilən
24
1
fanat.az

2Mənbələr