AZ

Elit “Delta” xüsusi təyinatlı qüvvələri Maduro əsir götürülüb

ABŞ ordusunun elit “Delta” xüsusi təyinatlı qüvvələri Venesuela liderinə qarşı əməliyyat həyata keçirib...

Poliqon xəbər verir ki, CBS News telakanalının yaydığı məlumata görə, Venesuela prezidenti Nikolas Maduro ABŞ ordusunun xüsusi təyinatlılarının elit bölməsi sayılan “Delta” qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı əsir götürülüb. Məlumata əsasən, əməliyyat yüksək məxfilik şəraitində və sürətli taktiki manevrlərlə icra olunub.

Mənbənin bildirdiyinə görə, “Delta” bölməsinin hərbçiləri Maduronun təhlükəsizliyini təmin edən strukturları zərərsizləşdirərək onu nəzarət altına alıblar. Əməliyyatın dəqiq harada və hansı şəraitdə baş verdiyi açıqlanmır, lakin prosesin ABŞ kəşfiyyat orqanlarının uzunmüddətli planlaşdırması nəticəsində həyata keçirildiyi vurğulanır.

CBS News qeyd edir ki, bu hadisə Venesuelada və bütövlükdə Latın Amerikası regionunda ciddi geosiyasi nəticələr doğura bilər. Xüsusilə də ABŞ-nin Maduronun rəhbərlik etdiyi hökuməti qeyri-legitim hesab etməsi və uzun müddətdir Karakas hakimiyyətinə qarşı sanksiyalar tətbiq etməsi fonunda bu addım beynəlxalq aləmdə geniş müzakirələrə səbəb olub.

Analitiklərin fikrincə, Maduronun əsir götürülməsi Venesuelada hakimiyyət böhranını daha da dərinləşdirə, ölkə daxilində siyasi qeyri-sabitliyi artıraraq müxtəlif güc mərkəzləri arasında qarşıdurmanı kəskinləşdirə bilər. Eyni zamanda, bu hadisə ABŞ ilə Venesuelanı dəstəkləyən ölkələr arasında münasibətlərin daha da gərginləşməsi riskini yüksəldir.

Rəsmi Vaşinqton hələlik əməliyyatın detalları ilə bağlı geniş açıqlama verməyib. Karakasdan da hadisəyə dair rəsmi reaksiya gecikir. Beynəlxalq müşahidəçilər yaxın günlərdə prosesin diplomatik və hərbi nəticələrinin daha aydın görünəcəyini bildirirlər.

Poliqon.info

Seçilən
133
50
poliqon.info

10Mənbələr