Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik risklərini əsasgətirərək, Çin vətəndaşı tərəfindən idarə olunan bir şirkətin ABŞistehsalçısından 2,9 milyon dollarlıq çip almasını qadağan edənsərəncam imzalayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu addım ABŞ hökumətinin Çinləbağlı texnoloji və strateji narahatlıqlar fonunda atdığı növbəticiddi qərar kimi qiymətləndirilir.
ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, "Emcore" şirkətininrəqəmsal çip biznesi çərçivəsində istehsal olunan indium fosfidçiplərinin ABŞ-dən kənara tədarükü milli təhlükəsizlik riski kimiqiymətləndirilib.
Çin tərəfi isə məsələ ilə bağlı sorğuları cavabsız qoyub.