AZ

De Zerbi Super Kubokun bu ölkədə keçirilməsinə qarşı çıxdı

"Olimpik Marsel"in baş məşqçisi Roberto De Zerbi PSJ ilə baş tutacaq Fransa Super Kuboku finalının Küveytə keçirilməsinə qarşı çıxıb.

Fanat.Az xəbər verir ki, "Lequipe" nəşri De Zerbinin fikirlərini belə çatdırıb:

"Fikrim dəyişməz olaraq qalır. Bu, mənim öz fikrimdir və mütləq ən doğru fikir deyil: Fransa və ya İtaliya Super Kuboku müvafiq ölkədə, klubların azarkeşlərinin qarşısında keçirilməlidir.

Amma Küveytə gedəcəyəm, çünki bu mənim işimdir və biz bu matçı oynamaqdan qürur duyuruq. Küveytlə bağlı heç bir problem yoxdur. Onlar bizə mümkün olan ən yaxşı qarşılamanı verəcəklər, amma mən bu fikrin əleyhinəyəm". 

PSJ  - "Olimpik Marsel" matçı 8 yanvarda keçiriləcək.
 

Seçilən
4
1
fanat.az

2Mənbələr