
Elit ABŞ "Delta" Qüvvələrinin üzvləri ötən gecə keçirilən əməliyyat zamanı Venesuela prezidenti Nikolas Maduronu ələ keçiriblər.
AFN.az xəbər verir ki, bu barədə "CBS News" adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
ABŞ Ordusunun Xüsusi Təyinatlı Qüvvələri bölməsi olan "Delta" gizli missiyalar yerinə yetirir və terrorizmlə mübarizə aparır.
Kanal vurğulayır ki, bu bölmənin xüsusi qüvvələri 2019-cu ildə İslam Dövlətinin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsi ilə nəticələnən əməliyyat həyata keçiriblər.