Venesuelanın vitse-prezidenti Delsi Rodriqes Nikolas Maduro və onun həyat yoldaşının sağ olduğunu sübut etməyi tələb edib.
APA xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodriqesin bəyanatında deyilir.
Rodriqes ölkəsinin ABŞ tərəfindən xain hücuma məruz qaldığını bildirib: “Bu gün gecə ABŞ hökuməti Venesuelanın dəfələrlə xəbərdar etdiyi həmin xain addımı atdı və amansız hava zərbəsi endirdi, beynəlxalq hüququn bütün normalarını, BMT Nizamnaməsini və suveren dövlətlər arasında mübahisələrin həllini tənzimləyən qaydaları kobud şəkildə pozdu. Biz həqiqətən də qəzəblənmişik. Venesuela xalqı qəzəblidir”.
Vitse-prezident bildirib ki, Venesuela hökuməti Prezident Nikolas Maduro və Birinci xanım Siliya Floresin harada olduğundan xəbərsizdir.
“Biz Prezident Donald Trampın hökumətindən dərhal Prezident Maduro və Birinci xanımın sağ olduqlarını təsdiqləməsini tələb edirik”, - o vurğulayıb.