“Fənərbağça” Anderson Talişkanı komandada saxlayır.
İdmanxeber.az-ın məlumatına görə, İstanbul klubu müqaviləsi başa çatan 31 yaşlı braziliyalı hücumameyilli yarımmüdafiəçiyə 2 illik yeni sözləşmə təklif edib.
Talişka komandada qalmağa müsbət yanaşır.
Bu mövsüm o, 25 matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.