“Sabah” Umarali Rahmonalievin transferini rəsmiləşdirir
İdmanxeber.az-ın məlumatına görə, “Rubin”in yarımmüdafiəçisi 22 yaşlı özbək futbolçu əvvəlcə icarə əsasında çıxış etdiyi “Sabah”a birdəfəlik keçəcək.
2025-ci ildə o, 36 matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun Kazanla müqaviləsi 2026-cı ilin yayına qədərdir, Transfermarkt qiyməti 800 min avrodur.