AZ

"Latsio" onları göndərir

style='margin-bottom:10px;'>

"Latsio" qış transfer kampaniyasını aktiv şəkildə keçirməyi və heyətini yeniləməyi planlaşdırır.

QOL.az xəbər verir ki, bu barədə insayder Nikolo Şkira məlumat yayıb.

A seriyası təmsilçisi həm çoxsaylı transferlər etmək, həm də bir sıra futbolçularla yolları ayrılmaq niyyətindədir.

Klub mərkəz müdafiəçisi Samuel Jiqo və cinah oyunçusu Elseid Husayi göndərməyə qərar verib. Onlar baş məşqçi Maurisio Sarrinin planlarında yoxdurlar.

Xatırladaq ki, Jiqo hazırda zədədə bərpa prosesi keçir və bu mövsüm meydana çıxmayıb.  Husay isə cəmi 3 döyüşdə iştirak edib.

Seçilən
82
teleqraf.com

1Mənbələr