AZ

Premyer Liqada ilin rəmzi komandası açıqlandı - Çempiondan heç kim yoxdur

İngiltərə Premyer Liqasında "ilin komandası" müəyyənləşib.

Fanat.Az xəbər verir ki, çempionatı təşkil edən qurumun mətbuat xidməti azarkeşlərin seçiminə əsasən rəmzi komandaya daxil olan oyunçuların adlarını açıqlayıb. 

2024/25 mövsümünün çempionu olan "Liverpul"dan siyahıya düşən olmayıb. Əvəzində hazırki lider "Arsenal"ın dörd oyunçusu "11-lik"də yer alıb.

Qapıçı: David Raya ("Arsenal").

Müdafiəçilər: Yurrien Timber ("Arsenal"), Qabriel Maqalyans ("Arsenal"), Mark Qexi ("Kristal Palas"), Ris Ceyms ("Çelsi"), Daniel Munyos ("Kristal Palas").

Yarımmüdafiəçilər: Morqan Rocers ("Aston Villa"), Deklan Rays ("Arsenal"), Brunu Fernandeş ("Mançester Yunayted").

Hücumçular: Erlinq Haland ("Mançester Siti"), Antuan Semenyo ("Bornmut").

Seçilən
17
1
fanat.az

2Mənbələr