AZ

Venesuelaya zərbənin məqsədi Maduronun həbsi idi Rubio

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ ordusunun Venesuelada müxtəlif hədəflərə endirdiyi zərbələr Venesuela Prezidenti Nikolas Maduronu əsir almaq üçün əməliyyat keçirənləri dəstəkləmək məqsədi daşıyıb.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubioya istinadla senator Mayk Li sosial şəbəkə hesabında yazıb.

“İndicə Dövlət katibi Rubio ilə telefonla danışdı. O, Nikolas Maduronun ABŞ-da mühakimə olunması üçün ABŞ rəsmiləri tərəfindən həbs edildiyini və bu axşam gördüyümüz hərbi əməliyyatın həbs orderini icra edənləri qorumaq üçün keçirildiyini dedi", - o qeyd edib.

O, həmçinin bildirib ki, Rubio Maduronun həbsindən sonra Venesuelada əlavə əməliyyata ehtiyac olduğunu düşünmür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
126
50
axar.az

10Mənbələr