Bakı. Trend:
Nyu-York Federal Ehtiyat Bankı daimi REPO əməliyyatıçərçivəsində uyğun maliyyə qurumlarına rekord həcmdə – 74,6 milyarddollar nağd pul borc verib.
Trend bubarədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, bu artım, maliyyə şirkətlərinin ilin sonuna yaxınlikvidlik ehtiyaclarını qarşılamaq cəhdləri ilə əlaqələndirilir.Vəsaitin 31,5 milyard dolları ABŞ xəzinə istiqrazları, 43,1 milyarddolları isə ipoteka ilə təmin olunmuş qiymətli kağızlarla təminedilib. Bu, əvvəlki rekord göstərici olan 31 oktyabr tarixindəki50,35 milyard dollarlıq borclanmanı da geridə qoyub.
Mütəxəssislər bu tendensiyanı ilin sonu likvidlik tələbatınınartması və bazarda stabilliyin qorunması məqsədilə atılmışmüvəqqəti addım kimi qiymətləndirirlər.