Bakı. Trend:
Avropa İttifaqı Venesueladakı vəziyyəti yaxından izləyir.
Trend xəbər verir ki, bubarədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi,Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas "X" sosialşəbəkə hesabında yazıb.
"Mən dövlət katibi Marko Rubio və Karakasdakı səfirimizlədanışdım. Aİ Venesueladakı vəziyyəti yaxından izləyir", - oyazıb.
Kallas xatırladıb ki, Aİ dəfələrlə Maduronun legitimliyininolmadığını bildirib və hakimiyyətin dinc yolla ötürülməsini müdafiəedib.
"Bütün hallarda beynəlxalq hüquq prinsiplərinə və BMTNizamnaməsinə hörmət edilməlidir. Biz təmkinli olmağa çağırırıq.Ölkədəki AB vətəndaşlarının təhlükəsizliyi bizim əsasprioritetimizdir", - o əlavə edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald TrampVenesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaqölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onunlideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücumhəyata keçirib:
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icraolunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuatkonfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçüntəşəkkür edirəm!"