AZ

ABŞ vətəndaşlarına ÇAĞIRIŞ ETDİ


Ajans.az xəbər verir ki, ABŞ-nin Boqota səfirliyindən verilən açıqlamada, Venesuelanın ABŞ-nin səfər xəbərdarlığı sistemində ən yüksək səviyyə olan “Səviyyə 4: Səfər Etməyin” kateqoriyasında qaldığı bildirilib.  Açıqlamada vətəndaşlara Venesuelaya səfər etməmələri, ölkədə olanların isə təhlükəsizlik səbəbi ilə mövcud olduqları yerdə qalması tövsiyə edilib. Həmçinin, ölkədəki bütün ABŞ vətəndaşlarının dərhal Venesueladan çıxmaları şiddətlə tövsiyə olunub.  Qeyd edək ki, Venesuelanın paytaxtı Karakasda gecə saatlarından etibarən ardıcıl partlayış səsləri eşidilib. Hökumət ABŞ-ni hücumların arxasında durmaqda ittiham edib və Prezident Nikolas Maduro ölkə üzrə “xarici müdaxilə səbəbindən fövqəladə vəziyyət” elan edən fərman imzalayıb.

 ABŞ Prezidenti Donald Tramp isə Venesuelada genişmiqyaslı hücumlar həyata keçirildiyini və Maduro ilə həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

Seçilən
75
Ajans.az

1Mənbələr