“Real”ın hücumçusu Rodriqo qışda komandadan ayrılmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb.
Mənbənin iddialarına görə, braziliyalı vinger artıq iki klubla danışıqlara başlayıb.
Bildirilir ki, Rodriqonun xidmətində əsas maraqlı tərəflər “Arsenal” və “Mançester Siti”dir. Madrid təmsilçisi futbolçunun satışından təxminən 100 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd edək ki, Rodriqo cari mövsümdə bütün turnirlər üzrə 21 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Real”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
İkardi “Qalatasaray”dan ayrılır? - Braziliya klubu maraqlanır
Premyer Liqadan Bundesliqaya
Almaniya millisinin üzvü yenidən Premyer Liqada - RƏSMİ
“Liverpul”un futbolçusu MLS-də çıxış edə bilər
Hansı oyun, hansı kanalda? - TV AFİŞA