AZ

"Yuventus"un yeni idman direktoru bilindi

"Yuventus" klubunda yeni idman direktoru təyinatı reallaşıb.

Fanat.Az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Vakant posta Marko Ottolini təyin olunub. 45 yaşlı italyan mütəxəssisi bu il yanvarın 1-də vəzifəsinə başlayıb. "Yuventus"un idman direktoru vəzifəsi 2021-ci ilin may ayından bəri - Fabio Paratici onu tərk etdikdən sonra boş idi.

Ottolini 2018-2022-ci illərdə İtaliya nəhəngində skaut və icarə şöbəsinin rəhbəri kimi çalışıb. 

Luçano Spallettinin baş məşqçisi olduğu komanda hazırda A Seriyasında 5-ci yerdə qərarlaşıb.
 

Seçilən
92
37
fanat.az

10Mənbələr