Pekin, 3 yanvar, AZƏRTAC
Cənubi Koreya Prezidenti Li Cemyön müvafiq qurumlara ölkə vətəndaşlarının ehtiyac olarsa Venesualadan təxliyəsi üçün plan hazırlamağı tapşırıb.
AZƏRTAC Cənubi Koreya mediasına istinadla xəbər verir ki, bu barədə Prezident ofisi – “Mavi saray” açıqlama yayıb.
“Prezident Li Cemyön səlahiyyətli qurumlara Venesueladakı Cənubi Koreya vətəndaşlarının hərtərəfli qorunmasını təmin etməyi və vəziyyətin daha da pisləşməsi halında tez bir zamanda həyata keçirilə bilməsi üçün təxliyə planlarını hazırlamağı tapşırıb”, - deyə “Mavi saray”ın açıqlamasında qeyd olunur. Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar təcili iclas keçirib.
Bildirilir ki, Venesuelada hazırda təxminən 70 Cənubi Koreya vətəndaşı var. ABŞ-ın zərbərləri nəticəsində koreyalılardan xəsarət alan olmayıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin