525.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Venesuelanın vitse-prezidenti Delsi Rodrigez vətəndaşları ölkənin suverenliyini və təbii sərvətlərini qorumağa çağırdı.
525.az xəbər verir ki, bu barədə o, televiziya vasitəsilə xalqa müraciətiində deyib.
"Venesuela xalqı tam milli birlik vəziyyətində təbii sərvətlərini qorumaq üçün səfərbər olmalıdır. Xalq, həmçinin ölkənin sahib ola biləcəyi ən müqəddəs amal - müstəqillik hüququnu, gələcəyini, heç bir xarici diktə olmadan, başqasının müstəmləkəsinə çevrilmədən azad vətənə sahib olmaq hüququnu müdafiə etmək üçün səfərbər olmalıdır", - o bildirib.
Bundan əvvəl Rodrigez Venesuela prezident Nikolas Maduronun harada olduğunu bilmədiyini və ABŞ-dan onun sağ olduğuna dair sübut təqdim etməsini tələb edib.
Venesuela konstitusiyasına görə, dövlət başçısı olmadığı təqdirdə onun səlahiyyətləri vitse-prezidentə keçir.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.