Maduronun həyat yoldaşı keçmiş mühafizəçisinin ifadəsinə əsasən narkoticarətdə ittiham oluna bilər...
Poliqon xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Siliya Flores ABŞ-nin keçirilən əməliyyat nəticəsində yaxalanıb və hazırda yüksək profilli narkotik ittihamları ilə əlaqədar adı hallanan şəxslərdən biridir. Ona qarşı 2020-ci ildə keçmiş mühafizəçisi Yasenski Antonio Lamas Floresə qarşı ifadə verib.
Məlumata görə, Flores 1994-cü ildə vəkil kimi fəaliyyət göstərərkən gələcək prezident Uqo Çavesin həbsdən azad olunmasına nail olub. Bu, dövlət çevrilişi cəhdindən sonra baş verib. Daha sonra o, 1998-ci il seçkilərində Çavesin qələbəsinə dəstək verib. 2012–2013-cü illərdə ölkənin baş prokuroru olub, sonrakı illərdə isə Milli Konstitusiya Assambleyasının deputatı və birinci xanım funksiyasını yerinə yetirib.
Yasenski Antonio Lamas 2020-ci ildə verdiyi ifadədə iddia edib ki, Flores ABŞ-də həbs edilmiş və 2017-ci ildə 800 kiloqram kokainin satışına cəhdinə görə 18 il həbs cəzası almış qohumlarının qorunmasını təmin edib. Məhkəmə materiallarında qeyd olunur ki, bu ittihamlar Floresin ABŞ qanunvericiliyinə əsasən məsuliyyətə cəlb olunma ehtimalını yaradır.
Ekspertlər bildirirlər ki, ABŞ-də Floresə qarşı irəli sürüləcək mümkün ittihamlar Venesuelada hakimiyyət çevrəsinin beynəlxalq təzyiq altında olduğunu göstərir və həm daxili, həm də beynəlxalq siyasi gərginliyi artırmaq potensialına malikdir. Hazırda məsələ ilə bağlı rəsmi Karakas açıqlama verməyib.
Poliqon.info