AZ

Avstriya: ABŞ ın Venesuelaya hücumunu BMT Nizamnaməsinin pozulması adlandırıb

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Avstriyanın vitse-kansleri Andreas Babler ABŞ-ın Venesuelaya hücumunu pisləyərək, bunu BMT Nizamnaməsinin pozulması kimi qiymətləndirib.

Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

“ABŞ-ın Venesuelaya qarşı silahlı hücumunu qətiyyətlə pisləyirəm. Bu hücum BMT Nizamnaməsində təsbit olunmuş güc tətbiqinin qadağan edilməsi prinsipinin ciddi şəkildə pozulmasıdır. Bunu etiraf edə bilmək insanın öz adekvatlığı məsələsidir. Biz beynəlxalq hüququn aliliyinin prinsiplərini müdafiə etməliyik”, – deyib.

“Biz müşahidə edirik ki, yeni ildə də dünya geosiyasi baxımdan dəyişir, beynəlxalq strukturlar gözlərimiz önündə dağılır. Xüsusilə Venesueladakı hadisələr kontekstində biz, avropalılar, yeni reallığı qəbul etməkdən qaça bilmərik və qaçılmaz olaraq buna qarşı alternativ bir model təklif etməliyik. Bu model güclünün hüququnu siyasi alətə çevirməməlidir”, – deyə Babler fikrini yekunlaşdırıb.

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
95
47
icma.az

10Mənbələr