AZ

Premyer Liqa klublarının qış hazırlığı (ARAŞDIRMA)

ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.

Azərbaycan Premyer Liqası klubları bu gündən mövsümün ikinci yarısına hazırlıqlara başlayır.

Futbolpress.az-ın məlumatına görə, 6 klub toplanışa bu gün start verəcək. “Sumqayıt” Antalyada, “Qarabağ”, “Zirə”, “Karvan-Yevlax”, “Kəpəz” və “Qəbələ” isə Azərbaycanda hazırlığa başlayacaq.

“Neftçi”, “Şamaxı” və “Turan Tovuz”un toplanışı sabah start götürəcək. “Ağ-qaralar” Bakıda, tovuzlular isə Antalyada yığışacaq. “Şamaxı” isə Bakıda məskunlaşacaq.

Sabah

5-23 yanvar – Bakı

Yoxlama oyunlarının sayı dəqiqləşməyib

Qarabağ

3-17 yanvar

3-10 yanvar – Bakı

10-17 yanvar – Antalya (Türkiyə)

Antalyada 2 yoxlama oyunu

Zirə

3-17 yanvar

3-10 yanvar – Bakı

10-17 yanvar – Antalya (Türkiyə)

2 yoxlama oyunu

Turan Tovuz

4-17 yanvar – Antalya (Türkiyə)

2 yoxlama oyunu

Sumqayıt

3-17 yanvar – Antalya (Türkiyə)

3 yoxlama oyunu

“Paksi” (Macarıstan), “OFK Belqrad” (Serbiya), “Osiyek” (Xorvatiya)

Araz-Naxçıvan

5-17 yanvar – Bakı

2 yoxlama oyunu

Şamaxı

4-18 yanvar – Bakı

2 yoxlama oyunu

Neftçi

5-17 yanvar, Əbu-Dabi (Birləşmiş Ərəb Əmirlikləri)

3 yoxlama oyunu

“Kayrat” (Qazaxıstan), “Piramids” (Misir), “Çenqdu Ronqçenq” (Çin)

İmişli – hələ məlum deyil

Kəpəz

3-17 yanvar – Gəncə

2 yoxlama oyunu

“Qəbələ”, “Karvan-Yevlax”

Qəbələ

3-18 yanvar

3-13 yanvar – Qəbələ

14-18 yanvar – Bakı

3 yoxlama oyunu

“Kəpəz”, digər klublar məlum deyil

Karvan-Yevlax

3-17 yanvar, Yevlax

2 yoxlama oyunu

“Kəpəz”, digəri məlum deyil.

Şahin Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
futbolpress.az

1Mənbələr