AZ

Venesuelanın Baş prokuroru: "ABŞ Maduronu oğurlayıb"

Venesuelanın Baş prokuroru Tarek Uilyam Saab beynəlxalq ictimaiyyəti Prezident Nikolas Maduronun oğurlanmasını və mülki şəxslərin ölümünə səbəb olan, ABŞ tərəfindən təşkil olunan hava hücumlarını qınamağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə VTV-də bildirib.

Saab qeyd edib: "BMT-dən və beynəlxalq insan haqları təşkilatlarından günahsız insanların ölümünə səbəb olan və Prezident Maduronun qaçırılması ilə nəticələnən bu qorxaq hücumları qınamalarını xahiş edirəm".

O, həmçinin Venesuela vətəndaşlarını küçələrə çıxıb ABŞ-dən "Maduronun sağ olduğunu ən qısa zamanda göstərilməsini" və onu azad etməsini tələb etməyə çağırıb. 

Aynur Babazadə

Seçilən
115
bakivaxti.az

1Mənbələr