"Fənərbaxça" qış transfer pəncərəsindən maksimum yararlanmağa çalışır.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" İtaliyanın "Atalanta" klubunda çıxış edən Ademola Lukmanı heyətinə qatmaq istəyir.
İki klub arasında artıq ilkin danışıqlara start verilib.
28 yaşlı hücumçunun mümkün transfer şərtləri müzakirə olunur.
Qeyd edək ki, nigeriyalı futbolçu 2022-ci ilin yayından etibarən "Atalanta"nın formasını geyinir.