AZ

Maduro və xanımı narkoterrorizmdə ittiham olunur

ABŞ-nin Baş prokuroru Pam Bondi Nikolas Maduro və həyat yoldaşının Nyu-Yorkda rəsmən ittiham olunduğunu və tezliklə ABŞ məhkəmələri qarşısına çıxarılacağını bəyan edib.

Milli.Az xəbər verir ki, Baş prokurorun açıqlamasına görə, Maduro aşağıdakı ağır cinayətlərdə ittiham olunur:

Terror qruplaşmaları ilə əməkdaşlıq edərək narkotik ticarətini idarə etmək.

ABŞ-yə külli miqdarda kokainin qanunsuz yollarla gətirilməsini təşkil etmək.

ABŞ-yə qarşı istifadə məqsədilə ağır silahların və partlayıcı maddələrin saxlanılması və bu məqsədlə sui-qəsd qurmaq.

Pam Bondi çıxışında kəskin ifadələr işlədərək bildirib: "Onlar tezliklə Amerika torpağında, Amerika məhkəmələrində Amerika ədalətinin bütün qəzəbi ilə üzləşəcəklər."

Prokuror həmçinin Maduronun həyat yoldaşına qarşı konkret ittihamları açıqlamasa da, onun da narkotik ticarəti ilə əlaqəli olduğunu eyham edib.

Bondi, "beynəlxalq narkotik alverçiləri" adlandırdığı bu iki şəxsin ələ keçirilməsi üçün "inanılmaz və yüksək dərəcədə uğurlu" missiyanı yerinə yetirən ABŞ hərbçilərinə xüsusi təşəkkürünü bildirib. Bu açıqlama Maduronun artıq ABŞ nəzarətində olduğunu və hüquqi prosesin başladığını göstərir.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
42
50
milli.az

10Mənbələr