AZ

Türkiyə XİN: Venesuela ətrafındakı böhranın həllinə kömək etməyə hazırıq

Türkiyə Xarici İşlər Nazirliyi Venesuelada beynəlxalq hüquqa əsaslanan nizamlanmanı asanlaşdırmağa hazır olduğunu bildirib və bütün tərəfləri təmkinli olmağa çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Açıqlamada qeyd edilir: "Venesueladakı son hadisələri diqqətlə izləyirik. Türkiyə Venesuelanın sabitliyinə, eləcə də sülhə və xalqının rifahına böyük əhəmiyyət verir. Mövcud vəziyyətin regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrə səbəb olmaması üçün bütün tərəfləri təmkinli olmağa çağırırıq. Venesueladakı böhranın beynəlxalq hüquq çərçivəsində həllinə mümkün olan hər cür konstruktiv töhfəni verməyə hazırıq".

Departament həmçinin bildirib ki, Türkiyənin Karakasdakı səfirliyi Venesuelada yaşayan Türkiyə vətəndaşları ilə davamlı əlaqə və koordinasiyanı davam etdirir. 

Zeynəb Rzayeva

Seçilən
113
50
bakivaxti.az

10Mənbələr