Venesuelanın vitse-prezidenti Delsi Rodrigesin Rusiyada olduğu açıqlanıb.
APA xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi Venesuela vitse-prezidentinin Rusiyada olması ilə bağlı məlumatın feyk olduğunu açıqlayıb.
Məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov Venesuela vitse-prezidenti Delsi Rodrigez ilə telefon danışığı aparıb. Bildirilib ki, Lavrov Rusiyanın Venesuela xalqı ilə güclü həmrəyliyini ifadə edib.