AZ

İngiltərə Premyer Liqası: “Aston Villa” “Nottingem Forest”i məğlub edib

İngiltərə Premyer Liqasında “Aston Villa” və “Nottingem Forest” arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, matç “Villa Park”da (Birminhem) baş tutub.

Meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər.

“Aston Villa”nın hücumçusu Olli Uotkins hesabı 45+1-ci dəqiqədə açıb. İkinci hissədə yarımmüdafiəçi Con Makginn 49-cu dəqiqədə “Aston Villa”nın üstünlüyünü artırıb. Yarımmüdafiəçi Morqan Gibbs-Uayt 61-ci dəqiqədə qonaq komandanın cavab qolunu vurub. Makginn 73-cü dəqiqədə ikinci qoluna imaq atıb – 3:1.

İdman.Biz
Seçilən
125
23
idman.biz

10Mənbələr