Məşhur futbol simulyasiya oyunu "Football Manager 2026"nın məlumat bazasına əsasən, dünya üzrə azarkeşlər və futbol ictimaiyyəti tərəfindən ən yüksək nüfuza malik 21 derbi müəyyən edilib.
Offsideplus.az xəbər verir ki, reytinq hazırlanarkən derbilərin tarixi, azarkeş marağı, rəqabətin intensivliyi və beynəlxalq səviyyədə tanınırlığı kimi amillər nəzərə alınıb.
Siyahı bu cürdür:
200 xal
-
El Klasiko — "Real Madrid" - "Barselona"
-
Della Madonnina derbisi — "Milan" - "İnter"
-
Süper Klasiko (millilər) — Argentina millisi - Braziliya millisi
-
İtaliya derbisi — "Yuventus" - "İnter"
180 xal
-
Superklasiko (Argentina klubları) — "River Pleyt" - "Boka Xuniors"
175 xal
-
Madrid derbisi — "Real Madrid" - "Atletiko Madrid"
-
Der Klassiker — "Bayern Münhen" - "Borussia Dortmund"
-
Gre–Nal — "Qremio" - "İnternasional"
170 xal
-
Şimal-Qərb (İngiltərə) derbisi — "Liverpul" - "Mançester Yunayted"
-
Paulista derbisi — "Palmeiras" - "Korintians"
-
Old Firm — "Seltik" - "Reyncers"
-
Kaskadiya derbisi (qadınlar) — "Portlend Thorns" - "Siatl Reign"
-
Fla-Flu — "Flamengo" - "Fluminense"
166 xal
-
O Klasiko (Portuqaliya) — "Portu" - "Benfika"
165 xal
-
İkinci dairə derbisi — "Sportinq Lissabon" - "Benfika"
-
Şimal London derbisi — "Arsenal" - "Tottenhem"
160 xal
-
Choque-Rei — "Palmeiras" - "San-Paulu"
-
O Klasiko (Portu–Sportinq) — "Portu" - "Sportinq Lissabon"
-
Köhnə rəqiblər (millilər) — İngiltərə millisi - Şotlandiya millisi
-
Cənubi Kaliforniya derbisi (qadınlar) — "Ancel Siti" - "San Dieqo Ueyv"
-
Mersisayd derbisi — "Everton" - "Liverpul"