“Real Madrid”in braziliyalı hücumçusu Rodriqo üçün Avropanın bir neçə aparıcı klubu maraq göstərir.
Offsideplus.az xəbər verir ki, futbolçunu transfer etmək baxımından hazırda real maliyyə gücünə sahib yeganə klub PSJ hesab olunur.
Bununla yanaşı, “Arsenal”, “Çelsi”, “Liverpul” və “Mançester Siti” də Rodriqo ilə maraqlanan klublar sırasındadır.
“Real Madrid” rəhbərliyi isə futbolçunu yalnız təxminən 100 milyon avro civarında təklif olunduğu halda satmağı düşünür. Əks halda klub onun komandada qalmasını istəyir.