Sabiq rusiyalı tennisçi Anna Kurnikova və ispaniyalı müğənni Enrike İqlesias ailədə növbəti uşağın dünyaya gəlməsi haqda xəbər yayıb.
"Football-plus.az" xəbər verir ki, dekabrın 17-də göz açan uşağın cinsiyyəti ilə bağlı bilgi yoxdu. Məşhurlar dördüncü dəfə valideyn olub.
Kurnikova ilə İqlesias 2001-ci ildən bəri birgədi. 2017-ci ildə onların əkizləri (Nikolas və Lüsi), 2020-nin yanvarında isə qızları Mariya doğulub.
2003-cü ildə karyerasını bitirən Kurnikovanın hesabında cütlərin yarışında 16 titul var. Anna Martina Hingislə birgə iki dəfə Avstraliya Açıq Çempionatının qalibi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta