İsrail Xarici İşlər Nazirliyi vətəndaşlarına növbəti xəbərdarlığa qədər Venesuelaya səyahət etməkdən çəkinməyi tövsiyə edib.
Doğru.az xəbər verir ki, TASS-ın məlumatına görə, müvafiq bəyanat İsrail Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki rəsmi səhifəsində ABŞ-ın Venesuela ərazisinə endirdiyi zərbələr fonunda dərc olunub.
Bəyanatda qeyd olunur: “ABŞ-ın Venesuela ərazisinə hərbi hücumları ilə əlaqədar olaraq, Xarici İşlər Nazirliyi İsrail vətəndaşlarına növbəti xəbərdarlığa qədər həmin ölkəyə səyahət etməkdən çəkinməyi tövsiyə edir”.
Xatırladaq ki, daha əvvəl Rusiyanın hazırda Venesuela ilə hava nəqliyyatını rəsmi şəkildə dayandırmağı planlaşdırmadığı bildirilmişdi.
Qeyd edək ki, Venesuela hakimiyyəti ABŞ-ın endirdiyi zərbələr nəticəsində hərbçilər və mülki şəxslər arasında ölənlərin olduğunu açıqlayıb.
DOĞRU.AZ