AZ

Çin ABŞ-ın Venesuelaya hücumlarını və Maduronun həbsini pislədi

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın Venesuelaya hücumlarını və ölkə lideri Nikolas Maduronun həbsini qətiyyətlə pislədiyini bəyan edib.

Doğru.az xəbər verir ki, nazirliyin X sosial media platformasında yayımlanan açıqlamasında deyilir: “Çin ABŞ-ın suveren dövlətə qarşı kobudcasına güc tətbiqini və onun prezidentinə qarşı hərəkətlərini dərindən qınayır və qətiyyətlə pisləyir”.

Bəyanatda vurğulanıb ki, ABŞ-ın bu cür hegemon xarakterli addımları beynəlxalq hüququ və Venesuelanın suverenliyini ciddi şəkildə pozur.

Xatırladaq ki, BMT-nin baş katibi Antonio Quterreş daha əvvəl ABŞ-ın Venesuelaya qarşı hərbi əməliyyatını “təhlükəli presedent” adlandırmışdı.

DOĞRU.AZ

Seçilən
35
50
dogru.az

10Mənbələr