AZ

“Qarabağ” hazırlıqlara start verdi

“Qarabağ” futbol klubu 2025/26 mövsümünün ikinci yarısı üçün hazırlıqlara start verib.

Publika.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi bu gün “Azersun Arena”dakı təlim-məşq bazasında bir araya gələrək 2026-cı ilin ilk məşqinə çıxıb.

Bildirilib ki, komandanın hazırlıq planı iki mərhələdən ibarət olacaq.

Bakıdakı qısa hazırlıqdan sonra, yanvarın 10-da “Qarabağ” hazırlıqların ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Yanvarın 17-dək Antalyanın Belek bölgəsindəki “Gloria Sports Arena”da davam edəcək təlim-məşq toplanışı çərçivəsində komandanın iki yoxlama oyunu keçirməsi planlaşdırılır. Yanvarın 12-si və 16-na təyin olunan bu qarşılaşmalarda rəqiblərin kimliyi yaxın günlərdə dəqiqləşəcək.

Seçilən
154
3
publika.az

1Mənbələr