AZ

PKK Suriyadan 3 nazirliyin onlara verilməsini istədi - Türkiyə ordusu hərəkətə keçdi…


Suriya hökumətinin PKK/YPG terror təşkilatının bir qolu olan SDF-yə verdiyi vaxt başa çatıb. SDF müddətin uzadılmasını tələb etsə də, Dəməşqin, təşkilatın xoş niyyətli olmaması səbəbindən müddəti uzatmayacağı məlum olub.

Bu günə qədər 10 mart razılaşmasında yer alan 8 maddənin tələblərindən heç birini yerinə yetirməyən SDF, hərbi, inzibati və iqtisadi inteqrasiyaya müsbət yanaşmır.

Fəratın şərqində böyük bir əraziyə nəzarət edən terrorçular, neft və qaz ehtiyatlarına, Fərat və Dəclə çaylarına, kənd təsərrüfatı və heyvandarlıq baxımından güclü resurslarla zəngin bir bölgəyə sahibdir. Bu ərazilərin nəzarət altına alınması Suriya hökumətinin iqtisadi inkişafı üçün çox vacibdir.

Bundan başqa, terror təşkilatının Dəməşq hökumətindən Xarici İşlər, Müdafiə və Daxili İşlər nazirliklərinin onlara verilməsini tələb etdiyi, lakin Suriya hökumətinin bu tələbləri rədd etdiyi məlum olub.

Hərbi mənbələr SDF-yə qarşı hərbi əməliyyatın artıq qaçılmaz olduğunu bildirirlər.

Fəratın şərqində cəmləşən və əhəmiyyətli mövqeyə sahib ərəb tayfa nümayəndələri bu yaxınlarda Deyr əz-Zorda bir araya gələrək, SDF terror təşkilatı 10 mart sazişinə əməl etməsə, hərbi əməliyyat başladacaqlarını bəyan ediblər.

Dəməşq ordusunun Fəratın şərqinə girəcəyi təqdirdə, Türkiyənin də tələb olunduğu təqdirdə dəstək verəcəyi bildirilir. Hazırda Türkiyə ordusunun Tişrin su anbarı ətrafında hərbi qüvvələr topladığı iddia edilir.

Tahir TAĞIYEV

Seçilən
23
baki-xeber.com

1Mənbələr