ABŞ prezidenti Tramp Venesuelada keçirilmiş xüsusi hərbi əməliyyatı “diktator Maduronun devrilməsi” adlandırıb.
AzPost bildirir ki, bu barədə mətbuat konfransında deyib. ”
“Onlar (Venesuela hakimiyyəti) bizim orada olduğumuzu bilirdilər, hazırlıqlı idilər. Amma biz onlardan daha yaxşı manevr etdik. Bir nəfər də olsun ABŞ əsgəri ölməyib, heç bir texnika itirilməyib”, – deyə Tramp bildirib. Prezident vurğulayıb ki, narkotiklərin 97%-i əsasən Venesueladan dəniz yolu ilə ABŞ-a daşınır.
Tramp bildirib ki, ABŞ hakimiyyətin qanuni əsaslı şəkildə keçidini təmin etmək üçün Venesuelanı idarə edəcək: “Maduro qanuni prezident deyildi və artıq prezident deyil”. ABŞ prezidenti hərbi müdaxilənin ikinci dalğasının planlaşdırıldığını, lakin çox güman ki, buna ehtiyac olmayacağını vurğulayıb.