Bakı. Trend:
ABŞ hakimiyyətin lazımi şəkildə ötürülməsi həyata keçirilənədəkVenesuelada mövcudluğunu qoruyacaq.
Trend-in şənbəgünü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bu günkeçirilən mətbuat konfransında deyib.
“Heç bir hərbi texnika itkisi olmayıb və ən əsası, heç birhərbçi həlak olmayıb. ABŞ Silahlı Qüvvələri planetin ən güclüordusudur, düşmənlərimizin belə təsəvvür edə bilməyəcəyi imkanlaravə bacarıqlara malikdir. Bizim dünyanın ən yaxşı avadanlıqları var.Bizdə olan texnika başqa heç yerdə yoxdur - bunu sadəcə donanmayabaxmaqla da görmək olar. Dəniz yolu ilə narkotik tədarükünün 97faizinin qarşısını almışıq və bu narkotiklər əsasən Venesuela adlıölkədən gəlir”, – deyə o bildirib.
Tramp qeyd edib ki, təhlükəsiz və düzgün keçid dövrü mümkünolana qədər ABŞ Venesuelanı idarə edəcək.
“Biz istəmirik ki, hakimiyyətə başqa biri gəlsin və illər boyudavam edən eyni vəziyyət yenidən təkrarlansın. Buna görə dətəhlükəsiz, düzgün və düşünülmüş keçid mümkün olana qədər ölkənibiz idarə edəcəyik. Bu keçid mütləq düşünülmüş olmalıdır, çünki bu,bizim dəyərlərimizi əks etdirir. Biz Venesuelanın böyük xalqı üçünsülh, azadlıq və ədalət istəyirik - o cümlədən hazırda ABŞ-dayaşayan və vətənlərinə qayıtmaq istəyən çoxsaylı venesuelalılarüçün. Biz artıq oradayıq və lazımi keçid baş verənədək oradaqalacağıq. Düzgün və qanuni hakimiyyət bölgüsü mümkün olana qədərfaktiki olaraq ölkəni biz idarə edəcəyik”, – deyə ABŞ prezidentibildirib.