Qafqaz Müsəlmanları İdarəsi həcc ziyarəti ilə bağlı vətəndaşlara çağırış edib.
Xezerxeber.az-ın məlumatına görə, QMİ həcc ziyarətinə getmək niyyəti olan vətəndaşlardan yubanmadan qeydiyyata düşməyi xahiş edib.
QMİ-nin Xarici əlaqələr şöbəsinin müdiri Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib ki, ziyarət üçün nəzərdə tutulan kvotadan asılı olmayaraq, sənədlərin qəbulu fevralın 15-də bitəcək.
O, həmçinin həccə getməyə niyətli olan vətəndaşlara diqqətli olmaları və bəzi turizm şirkətləri tərəfindən aldanmamaları üçün çağırış edib.
Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.