AZ

Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasına milyardlarla dollar sərmayə qoyacaq - Tramp

Bakı. Trend:

Amerika şirkətləri Venesuelanın neft sənayesinin bərpasınamilyardlarla dollar sərmayə qoyacaq.

Trend-in şənbəgünü verdiyi məlumata görə, bunu ABŞ Prezidenti Donald Tramp bu günkeçirilən mətbuat konfransında deyib.

“Venesuelanın neft sənayesi uzun müddət dərin tənəzzülvəziyyətində olub. Neft hasilatının həcmi ölkənin malik olduğu vəreallaşdıra biləcəyi potensialla müqayisədə demək olar ki, yoxsəviyyəsində idi. Bu sahəyə dünyanın ən iri Amerika neft şirkətləricəlb olunacaq. Onlar milyardlarla dollar sərmayə qoyacaq, ciddişəkildə dağıdılmış neft infrastrukturunu bərpa edəcək və ölkəiqtisadiyyatına gəlirlərin daxil olmasını təmin edəcəklər”, - deyəo bildirib.

Tramp vurğulayıb ki, zərurət yaranarsa, ABŞ ikinci, dahagenişmiqyaslı əməliyyatı həyata keçirməyə hazırdır.

“Əvvəlcə ikinci mərhələnin lazım olacağı güman edilirdi, lakinhazırda buna ehtiyacın olmayacağı ehtimal olunur. Birinci mərhələ -belə demək mümkünsə - o qədər uğurlu oldu ki, ikinci mərhələyə,böyük ehtimalla, ehtiyac qalmayacaq. Bununla belə, biz buna tamhazırıq: söhbət xeyli daha böyük əməliyyatdan gedir. Hazırkıaddımlar nöqtəvi xarakter daşıyırdı, lakin bizim daha genişmiqyaslıssenarimiz də var və böyük ehtimalla, onu tətbiq etməyə ehtiyacolmayacaq”, – deyə ABŞ prezidenti qeyd edib.

O bildirib ki, imkanları və əldə etdiyi nailiyyətləri sayəsindəbütün dünyanın əməkdaşlıq etməyə can atdığı Amerika BirləşmişŞtatları ilə Venesuelanın tərəfdaşlığı venesuela xalqını varlı,müstəqil və təhlükəsiz edə bilər.

“Bu, eyni zamanda ABŞ-da yaşayan çoxsaylı venesuelalılar üçün dərahatlıq və sevinc gətirəcək. Onlar uzun müddət əziyyət çəkiblər,onlardan çox şey alınıb. Bu əzablara son qoyulacaq. Qeyri-legitimdiktator Nikolas Maduro ABŞ ərazisinə ölümcül dərəcədə təhlükəliqanunsuz narkotiklərin nəhəng həcmdə qaçaqmalçılığına cavabdeh olangeniş cinayət şəbəkəsinin əsas fiquru olub”, – deyə Trampbildirib.

Seçilən
80
29
az.trend.az

10Mənbələr