AZ

​Maduro və xanımını sürüyə-sürüyə aparıblar

Venesuela prezidenti Nikolas Maduronun və xanımının həbsinin detalları məlum olub. CNN Venesuelada keçirilən əməliyyatın detallarını açıqlayıb. Metbuat.az CNN-ə istinadla xəbər verir ki, əməliyyat gecəyarısı baş tutub. ABŞ xüsusitəyinatlıları Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi yatdıqları yerdə həbs ediblər. CNN-nin yazdığına görə, keçmiş dövlət başçısını və xanımını yataq otağından sürüyə-sürüyə çıxarıblar. Agentlik əməliyyatın cəmi 30 dəqiqə çəkdiyini yazıb. ABŞ-nin Baş prokuroru Pamela Bondi cütlüyün taleyinə aydınlıq gətirib. O, Maduro və xanımının Nyu-Yorkda məhkəmə qarşısına çıxarılacağını bildirib. Baş prokuror Venesuelanın sabiq rəhbərinə qarşı tezliklə rəsmi ittiham irəli sürüləcəyini elan edib.

Maduro qaçaqmalçılıqda, narkotik maddələrin qanunsuz dövriyyəsində və ABŞ-a qarşı qeyri-qanuni silahlı birləşmələr yaratmaqda suçlanır.

Seçilən
131
50
metbuat.az

10Mənbələr