AZ

“Neftçi”nin hücumçusu - Kefi kök, damağı cağ - FOTOLAR

“Neftçi”nin futbolçusu Bassala Sambu mövsümün ilk yarısının yorğunluğunu necə lazımdır çıxarıb.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu ötən ilin sentyabrında ailə həyatı qurduğu Lina adlı xanımla Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

“9 nömrə” Dubayda xoş vaxt keçirərək, 2026-cı ili turistlərin axın etdiyi şəhərdə qarşılayıb.

Cütlüyün sosial şəbəkə hesablarında paylaşdıqları şəkil və videolardan da görünür ki, Sambunun kefi kök, damağı cağdır.

Bu hal “Neftçi” azarkeşlərini ümidləndirməyə bilməz. Sambu qış toplanışını da yüksək əvhal-ruhiyyədə keçirsə, çempionatın ikinci yarısında komandasını arxasınca aparmaqda davam edəcək.

Maraq üçün bildirək ki, ingiltərəli forvard hazırda paytaxt təmsilçisinin ən məhsuldar futbolçusudur.

Sambu cari mövsümdə 16-sı Premyer Liqada, 2-si Azərbaycan kubokunda olmaqla meydana çıxdığı 18 qarşılaşmada 6 qol vurub, 1 qolun ötürməsini verib.

Təqdim etdiyimiz fotolarda Bassalanın qış istirahətini görə bilərsiz.

HƏBİB

Seçilən
42
sportinfo.az

1Mənbələr