AZ

İt və pişiklər avropalıların ailə üzvünə çevrilib

Reyting.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bir çox ölkələrin vətəndaşları iki qrupa bölünürlər: pişiksevər və itsevərlər. Yeni təqdim edilən infoqrafikada əsasən Avropa ölkələrində hansı heyvanın daha çox sevildiyi məlum olub.

Reyting.az xəbər verir ki, pişiklər və itlər Avropada ən populyar ev heyvanlarıdır.

Statistikaya görə, Rusiyada pişiklər ailələrin 52 faizində, itlər isə 36 faizində saxlanılır.

Avropa Ev Heyvanları Yemi İstehsalçıları Federasiyası tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Bolqarıstan, Rumıniya və Finlandiyada it və pişik saxlamağa maraq təxminən eyni səviyyədədir. Bununla belə, şimal ölkələrində daha çox pişiklərə üstünlük verilir.

Bu siyahıda öncül yerlərdə olan İsveç və Norveçdə isə əsasən pişiksevərlər çoxluq təşkil edirlər. Fransa və Almaniyada da pişik saxlayanlar çoxdur.

Yeni təqdim edilən infoqrafikaya görə, it saxlayan insanların sayı daha çox Cənubi və Şərqi Avropanın payına düşür. İspaniya, Portuqaliya və Yunanıstan əhalisinin əksəriyyəti itsevər əhali sırasındadır.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
reyting.az

1Mənbələr